15
October
2015
2015
Yukseklik ltd bakubuild 2015 sərgisində iştirak etmişdir
YUKSEKLIK LTD 21-24 oktyabr tarixləri arasında keçirilən BakuBuild 2014 Azərbaycan Beynəlxalq İnşaat sərgisində uğurla iştirak etmişdir. Bir çox yerli və xarici şirkətin iştirak etdiyi sərgidə YUKSEKLIK LTD-nin təqdim etdiyi metal kirəmit dam örtükləri, profnastil, metal saydinq və su sistemi elementləri ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
Sərgidə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri cənab Şahin Mustafayevin şirkətimizin stendini ziyarət etməsi, fəaliyyətimiz və istehsal etdiyimiz məhsullarla tanış olması da yadda qalan əlamətdar hadisələrdən biri olmuşdur.
Tədbirin sonunda şirkətimiz sərginin daimi və fəal iştirakçısı olduğu üçün xüsusi sertifikatla təltif olunmuşdur.